Bakıda ana və qızın dəhşətli intiharının bəzi təfərrüatları məlum olub - VİDEO - FOTOSESSİYA - YENİLƏNİB

Bakıda ana və qızın dəhşətli intiharının bəzi təfərrüatları məlum olub - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">YENİLƏNİB
# 12 avqust 2014 09:22 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda baş verən dəhşətli intiharın bəzi təfərrüatları məlum olub.

Yasamal rayon prokuroru Həsrət Pirməmmədov APA-ya bildirib ki, 17 yaşlı Aytac Fərzəliyeva intihar etməzdən əvvəl məktub yazıb. O, məktubunda: “Bağışlayın, özümü öldürürəm” sözlərini qeyd edib.

Rayon prokurorunun sözlərinə görə, hadisə baş verən zaman evdə intihar edən qızın atası, anası və dayısı olub. Əvvəlcə qız özünü binadan atıb. Sonradan isə anası binadan düşüb. Ananın hansı şəraitdə binadan düşməsi isə hələlik məlum deyil: “Hadisənin dəqiq səbəbləri araşdırmalar başa çatandan sonra məlum olacaq”.

Yasamal rayon Polis İdarəsindən APA-ya bildirib ki, həmin ailənin 14 yaşlı qızı Aytən Fərzəliyeva bir neçə gün əvvəl itkin düşüb.

***

Saat: 10.22

Bakı. Hafiz Heydərov – APA. Bakı şəhərində dəhşətli intihar hadisəsi baş verib.

Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saat 09.30 radələrində Yeni Yasamal 2, ev 10 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 1968-ci il təvəllüdlü Kifayət Vəli qızı Abbasova və onun qızı, 1997-ci il təvəllüdlü Aytac Asəf qızı Fərzəliyeva yaşadıqları binanın 9-cu mərtəbəsindən özlərini ataraq intihar ediblər. Onların intihar etməsinin səbəbləri hələlik məlum deyil.

Polisdən həmçinin bildirilib ki, iki üzvü intihar edən ailənin bir neçə gün əvvəl 14 yaşlı qızları itkin düşüb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR