Hikmət Hacıyev: “Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”

Hikmət Hacıyev: “Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”
# 27 aprel 2024 21:00 (UTC +04:00)

Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında yazıb.

“Demək olar ki, hər gün Azərbaycanın mülki əhalisi ölümcül “müharibə qalıqları” ilə – Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir. Bu gün daha bir mina partlayışı baş verib və ANAMA-nın minatəmizləmə əməliyyatçısı ağır yaralanıb”, - Hikmət Hacıyev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR