Ağcabədidə yol qəzasında ölənlərin və xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB

Ağcabədidə yol qəzasında ölənlərin və xəsarət alanların şəxsiyyəti məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 23 sentyabr 2014 07:59 (UTC +04:00)

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Zərdab rayonu Gödək Qobu kənd sakini, 1978-ci il təvəllüdlü Əzizov Şəmistan Aydın oğlunun idarə etdiyi “VAZ-21099” markalı minik maşını Bərdə rayonunun Xəsilli kənd sakini, 1978-ci il təvəllüdlü Salmanov Əvəzxan Qədir oğlunun idarə etdiyi “VAZ 21011” markalı minik maşını ilə toqquşub. Nəticədə “VAZ 21099”da olan sərnişinlər, Gödək Qobu kənd sakinləri - 1978-ci il təvəllüdlü Babayev Vüqar Sərhad oğlu, 1988-ci il təvəllüdlü Eminov Rüfət İsrail oğlu, 1989-cu il təvəllüdlü Quliyev Bəhruz Nazim oğlu, Əzizov Rasim Aydın oğlu dünyasını dəyişib. Hər iki sürücü isə ağır bədən xəsarətləri ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. İlkin məlumata görə, hadisəyə “VAZ 21011”in yol hərəkət qaydalarına riayət etmədən qarşıdan gələn nəqliyyat vasitəsinin yoluna çıxması səbəb olub.

***

05:57

Bakı - APA. Ağcabədi rayonu, Təzəkənd kəndində (rayon mərkəzindən 17 km aralı) "VAZ" markalı iki minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı minik avtomobilində olan 3 sərnişin ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildən 3 nəfərin cəsədlərini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR