Qubada YAP-ın seçkilərə hazırlıqla bağlı toplantısı keçirilib

Qubada YAP-ın seçkilərə hazırlıqla bağlı toplantısı keçirilib
# 15 avqust 2015 12:10 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədovun iştirakı ilə partiyanın Mərkəzi Seçki Qərargahının Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayon şöbələrinin üzvlərinin qarşıdan gələn parlament seçkilərinə hazırlıq işləri ilə əlaqədar toplantısı keçirilib.

YAP-dan APA-ya verilən məlumata görə, partiyanın Quba rayon təşkilatının qərargahında keçirilən müşavirədə Ə. Əhmədov çıxış edərək Milli Məclisə növbəti seçkilərə hazırlıqla bağlı görülmüş işlər haqqında məlumat verib, qarşıda duran vəzifələrdən bəhs edib.

YAP İcra katibinin müavini Mübariz Qurbanlı da müşavirədə iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR