Həyat yoldaşını öldürən şəxsin məhkəməsi başlayıb

Həyat yoldaşını öldürən şəxsin məhkəməsi başlayıb
# 04 iyun 2015 10:13 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməkdə təqsirləndirilən İlham Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası isə qeyri-müəyyən vaxta təyin edilib.

Qeyd edək ki, İlham Süleymanov qısqanclıq zəminində həyat yoldaşı Məhəbbət Süleymanovanın boğazını kəsərək qətlə yetirib. Hadisəni törədən İ. Süleymanov Nərimanov Rayon Polis İdarəsinə gələrək təslim olub.

Onu da qeyd edək ki, İ. Süleymanov Bakı Metropolitenində elektrik-mexanik işləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR