Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru: “Azərbaycanda miqrtantları saxlama mərkəzlərində hər cür şərait yaradılıb”

Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru: “Azərbaycanda miqrtantları saxlama mərkəzlərində hər cür şərait yaradılıb”
# 03 sentyabr 2015 14:22 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi Svinq bu gün keçirdiyi mətbuat konfransında deyib.

O, bir çox ölkədə miqrantları saxlama mərkəzlərində olduğunu qeyd edib: "Lakin deməliyəm ki, bu mövcud olan ən gözəl saxlama mərkəzlərindən biridir. Orda yerləşdirilən şəxslər üçün hər cür şərait yaradılıb. Onların əsas ehtiyacları ödənilir. İstər otaqlar, istər qidalanma, istirahət üçün bütün şərait yaradılıb, hər cür şərait yaradılıb. Onlara sərbəstlik verilib. Mən Azərbaycan hökumətinə, Azərbaycan Dövlət Miqrasiya Xidmətinə bu cür saxlama mərkəzləri yaratdıqları üçün təşəkkür edirəm.

Biz qanunsuz miqrantların qaldığı qapalı tipli saxlama mərkəzində də olduq. Orda da çox gözəl şərait yaradılmışdı. Həmin mərkəzdəki şəxslərin azlığı sizin bu problemləri həll edə bildiyinizi göstərir. Yəni gələcəkdə hər hansı problem baş verərsə, siz buna daha hazırlıqlısınız. Mən mütləq digər ölkələrə də bu cür saxlama mərkəzləri ilə bağlı təcrübə mübadiləsi baxımından Bakını məsləhət görərdim".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR