“Azərbaycan Sənaye Bankı”nın mənfəəti 6 dəfəyə yaxın azalıb

“Azərbaycan Sənaye Bankı”nın mənfəəti 6 dəfəyə yaxın azalıb
# 17 avqust 2015 13:47 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Azərbaycan Sənaye Bankı” ın aktivlərinin həcmi 2015-cü ilin II rübündə 485,680 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 20,13% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 17,03% artaraq 160,223 mln. manat olub.

Həmçinin, cari ilin müvafiq dövründə istehlak kreditlərinin həcmi 19,019 mln. manata çatıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 21,86% azdır.

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 3,70% artaraq 6,565 mln. manat olub.

Bankın depozit portfeli hesabat dövrü ərzində 23,46% artaraq 271,456 mln. manata çatıb. Əhalinin əmanətlərinin həcmi isə 195,180 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 68,59% çoxdur.

Bir il ərzində bankın məcmu kapitalı 5,75 % artaraq 74,137 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 60 mln. manat olub.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 28,21% azalaraq 10,093 mln. manat, xərcləri isə 5,73% azalaraq 7,071 mln. manata çatıb.

Cari ilin ilk altı ayı ərzində bankın əldə etdiyi mənfəət 363,60 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR