Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə Baş direktoru Gürcüstana səfər edəcək

Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə Baş direktoru Gürcüstana səfər edəcək
# 30 aprel 2024 16:13 (UTC +04:00)

Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə Baş direktoru Gert Yan Kupman Gürcüstana səfərə gələcək.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Aİ-nin Gürcüstandakı nümayəndəliyi məlumat yayıb.

Bildirilib ki, 1-2 may tarixlərində baş tutacaq səfər çərçivəsində hökumət rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə Aİ və Gürcüstan arasında əməkdaşlıq əlaqələri, həmçinin namizəd statusu ilə əlaqədar tamamlanmalı olan 9 addımla bağlı müzakirələr aparılacaq.

Gert Yan Kupmanın Aİ tərəfindən maliyyələşdirilmiş bir sıra layihələrin açılışında da iştirak edəcəyi qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR