ABŞ-ın NED təşkilatı Azərbaycanda fəaliyyət göstərən QHT-lərə ötən il 871 578 dollar qrant ayırıb

ABŞ-ın NED təşkilatı Azərbaycanda fəaliyyət göstərən QHT-lərə ötən il 871 578 dollar qrant ayırıb
# 30 noyabr 2015 13:43 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Amerika Birləşmiş Ştatlarının NED təşkilatı 2014-cü il ərzində Azərbaycanda fəaliyyət göstərən QHT-lərə 871 578 dollar qrant ayırıb”.

Bunu APA-ya açıqlamasında Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov deyib.

O bildirib ki, həmin qrantların heç biri Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyib: “NED təşkilatının rəsmi internet səhifəsi olan “ned.org” saytında 2014-cü ildə Azərbaycanda QHT-lərə ayrılan qrantın məbləği qeyd olunub. Lakin digər ölkələrdən fərqli olaraq, Azərbaycanla bağlı məlumatlarda qrant ayrılan təşkilatların və qrantların adı qeyd olunmayıb. Yalnız qrantların istiqamətini qeyd ediblər. Ermənistan, Gürcüstanla bağlı məlumatlarda isə təşkilatların adları da qeyd edilib”.

S. Məmmədov həmin təşkilatların hər kəsə məlum olduğunu bildirib: “Azərbaycanda məhdudiyyətlər qoyulandan sonra xarici qrantların məbləği bir neçə dəfə artıb. Təbii ki, bunların heç biri qeydə alınmır və dövlətin nəzarətindən kənardadır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR