Bakının mərkəzində güclü külək 20 metrlik ağacı evin üstünə aşırıb

Bakının mərkəzində güclü külək 20 metrlik ağacı evin üstünə aşırıb
# 09 noyabr 2013 14:15 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nazirliyin 112 Qaynar Telefon Xəttinə daxil olan məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda ağac birmərtəbəli fərdi yaşayış evinin üstünə aşıb. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, aşan ağacın hündürlüyü, təxminən 20 metrdir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə ağacı hissələrə kəsib və binanın üzərindən götürülməsini təmin ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR