Goranboyda inzibati binadan oğurluğa görə mühafizəçi saxlanılıb

Goranboyda inzibati binadan oğurluğa görə mühafizəçi saxlanılıb
# 06 may 2024 17:41 (UTC +04:00)

Goranboyda inzibati binalardan birindən oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, Goranboy rayonunda yerləşən inzibati binalardan birindən 880 manat dəyərində elektrik avadanlığının oğurlanması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Həyata keçirilən tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən, binanın mühafizəçisi Elşən Cəlilov saxlanılıb.
Araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR