Azəravtoyol: Bakının Rüstəm Rüstəmov küçəsinin bir hissəsi istifadəyə verilib

Azəravtoyol: Bakının Rüstəm Rüstəmov küçəsinin bir hissəsi istifadəyə verilib
# 25 iyun 2016 11:45 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə gediş-gəlişini təmin etmək məqsədi ilə uzun müddətdir ki, təmir olunan Nizami rayonu Rüstəm Rüstəmov küçəsinin bir hissəsi yeni görkəmdə sürücülərin istifadəsinə verilib.

“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, küçənin təmir-tikinti işlərinin aparıldığı hissəsi Mikayıl Əliyev küçəsi və Qara Qarayev prospektləri arasında yerləşir. Uzunluğu bir istiqamət üzrə 1250 metr ( ümumi 2500 m. ) hərəkət hissəsinin eni 12,5 metr ( ümumi 25 m. ), yol ayrıcının eni isə 4-5 metrdir. Küçə hər bir istiqamətə 3 olmaqla, 6 hərəkət zolağından ibarətdir.

“Təmir-tikinti işləri çərçivəsində küçə boyu 5 min paqon-metr köhnə səki daşı yeniləri ilə əvəzlənib. Bundan başqa köhnə asfalt-beton örtüyünün üst qatının qaşınaraq yenisi ilə əvəzlənməsi işləri də həyata keçirilib. Ümumilikdə küçənin 62 500 kvadratmetr ərazisinin asfaltlanması işləri aparılıb. Bundan başqa, yoldan səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş mövcud yağış-kanalizasiya sistemi tam işlək vəziyyətə salınıb, yağış barmaqlıqları yenilənib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, yeni baxış qapaqları qoyulub”, - deyə məlumatda vurğulanıb.

Hazırda küçənin digər hissəsində, yəni Qara Qarayev prospekti ilə

Kəsişmədən Sabunçu rayonu Ramiz Qəmbərov küçəsinədək ( Bakıxanov qəsəbəsinə düşən yol ) olan hissəsində və köməkçi yollarında da aparılır. Sözügedən hissənin və köməkçi yolların uzunluğu bir istiqamət üzrə 700 metrdir ( 2 istiqamət üzrə əsas yol-1400 m., köməkçi yol-1400 m.).

Təmir-tikinti işləri çərçivəsində burda zəruri olan yerlərdə istinad divarları, 1,5 metr enində piyada səkiləri və 1 metr enində ayrıcı zolaq inşa olunur. Sıxlığı aradan qaldırmaq üçün bəzi ərazilərdə yolun hərəkət hissəsinin genişləndirilməsi işləri də aparılır.

Ümumilikdə əsas yol və köməkçi yollar da daxil olmaqla 35 min kvadratmetr əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi, yolun hərəkət hissəsinin kənarlarına 5600 paqon-metr yeni səki daşının düzülməsi nəzərdə tutulub.

Qeyd edək ki, Rüstəm Rüstəmov küçəsi Nizami rayonu Mikayıl Əliyev küçəsi ilə kəsişmədən başlayaraq, Bəkir Çobanzadə küçəsi və Qara Qarayev prospektlərindən keçərək Sabunçu rayonu Ramiz Qəmbərov küçəsinədək ( Bakıxanov qəsəbəsinə düşən yol ) uzanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR