Bakıda silsilə oğurluqda iştirak edən dəstənin daha bir üzvü tutulub

Bakıda silsilə oğurluqda iştirak edən dəstənin daha bir üzvü tutulub
# 12 iyul 2014 10:49 (UTC +04:00)

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, 1-ci, 2-ci Polis Bölmələri və Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində Xəzər rayonu ərazisində mağaza və şirkətlərdən oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Çingiz Həsənov və Məhərrəmağa Ağayev martın 28-də tutulub.

Müəyyən edilib ki, onlar fevralın 9-na keçən gecə Binə qəsəbəsi Südçülük sovxozunda “Pay Point” aparatını sındıraraq oğurluğa cəhd ediblər. Fevralın 22-nə keçən gecə Binə qəsəbəsi Donuzçuluq sovxozunda Sərdar Ağayevə məxsus mağazadan qapını sındırmaq yolu ilə tütün məmulatları, martın 5-də Binə qəsəbə sakini Vəliyəddin Həsənova məxsus mağazanın kassasından 100 manat, mağazada olan «Pay Point» aparatını sındıraraq içərisində pul olan qutunu, martın 17-nə keçən gecə Buzovna qəsəbəsində Nicat Ağayevə məxsus mağazadan “E” manat ödəniş terminalını, martın 19-da Binə qəsəbə sakini Azad Əhmədzadəyə məxsus marketdən “Pay Point” aparatını sındıraraq 2000 manat, martın 1-nə keçən gecə Hövsan südçülük sovxozunda Zaur Dadaşova məxsus mağazadan pul, ərzaq və geyim əşyaları, martın 9-na keçən gecə Südçülük sovxozunda Fazil Kərimova məxsus mağazadan 15 manat və tütün məmulatları, martın 9-da Binə qəsəbəsində Qara Abbasova məxsus mağazadan pul, tütün məmulatları və “E” manat ödəniş terminalını oğurlayıblar.

Təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində, cinayətin digər iştirakçısı - Lənkəran şəhər sakini, 1987-ci il təvəllüdlü Nurlan Baxşıyev iyulun 11-də yaxalanıb. Araşdırma zamanı dəstənin digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, onlar martın 19-da Binə qəsəbə sakini Azad Əhmədzadəyə məxsus qəsəbədə yerləşən marketdə “Pay Point” aparatı sındıraraq 2 min manat, martın 25-nə keçən gecə İsazadə küçəsində yaşayan Rza Əkbərova məxsus həmin ünvanda yerləşən mağazadan 50 manat və “Pay Point” aparatını sındıraraq naməlum məbləğdə pul oğurlayıblar.

Oğurluqda şübhəli bilinən digər şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR