İrandan Azərbaycana gələn turistlərin sayı 8% azalıb

İrandan Azərbaycana gələn turistlərin sayı 8% azalıb
# 27 sentyabr 2013 09:32 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “27 sentyabr - Ümumdünya Turizm günü” konfransında deyib.

O bildirib ki, yarım il müddətində Azərbaycan 1 milyon 196 min turist qəbul edib. Bundan başqa nazir deyib ki, bu il İrandan ölkəmizə gələn turistlərin sayı 8% azalıb. Nazir bunu İrandakı keçid dövrü ilə əlaqələndirib: “Biz düşünürük ki, qonşu ölkələr bizim prioritet istiqamətlərimizdir”.

Ə.Qarayev İran İslam Respublikası ilə Azərbaycan arasında viza sisteminin ləğv edilməsi ilə bağlı jurnalistlərin sualını belə cavablandırıb: “Siz bilirsiniz ki, İran keçid dövrü yaşadı. Yeni rəhbərlik, yeni struktur formalaşdı. Biz tərəfdən imzalanan müqavilələrə sadiq qalaraq yeni danışıqlar aparılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR