ATƏT Azərbaycanda prezident seçkiləri ilə bağlı maarifləndirmə tədbirləri keçirəcək

ATƏT Azərbaycanda prezident seçkiləri ilə bağlı maarifləndirmə tədbirləri keçirəcək
# 15 may 2013 16:27 (UTC +04:00)

Gəncə. Azər Məmmədli-APA. ATƏT bu il Azərbaycanda keçiriləcək prezident seçkilərinə kimi maarifləndirmə xarakterli tədbirlər keçirəcək. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, bu barədə jurnalistlərə Gəncədə səfərdə olan ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Koray Tarqay bildirib. Onun sözlərinə görə, maarifləndirmə tədbiri yerli icra hakimiyyəti orqanlarının xətti ilə əsasən gənclər arasında təşkil olunacaq. Müsahib qeyd edib ki, belə tədbirlərin keçirilməsində məqsəd gənclərin bu sahədə biliklərini artırmaq və seçkilərin beynəlxalq standartlara cavab verən səviyyədə keçirilməsinə nail olmaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR