Azərbaycan banklarının məcmu aktivləri 20 mlrd. manatı ötüb

Azərbaycan banklarının məcmu aktivləri 20 mlrd. manatı ötüb
# 17 yanvar 2014 11:09 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu aktivlərinin həcmi illik müqayisədə 27,2% artaraq 2013-cü il dekabrın 1-nə 20 183,6 mln. manata çatıb.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, ötən ilin yanvar-noyabr ayları ərzində aktivlərin həcmi 22,1% artıb:

Bank aktivlərinin tərkibində əsas yeri müştərilərə verilən kreditlər tutur. Belə ki, bu kreditlərin həcmi 13 962,8 mln. manat və ya ümumi aktivlərin 69,2%-ni təşkil edib. Bundan başqa, aktivlərin strukturunda 1 622,2 mln. manat investisiyalar, 1 138,3 mln. manat müxbir hesablar, 763,3 mln. manat nağd vəsaitlər, 895,9 mln. manat maliyyə sektoruna verilən kredit və depozitlər və 1 801,1 mln. manat digər aktivlərin payına düşüb.

Passivlərin tərkibində isə 8 892,6 mln. manatı depozitlər, 6 738,6 mln. manatı maliyyə sektorundan cəlb edilən kredit və depozitlər, 1 230,8 mln. manatı digər öhdəliklər təşkil edib. Passivlərin tərkibində kapitalın həcmi 3 321,5 mln. manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR