Moskvada Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının ilk iclası keçirilib

Moskvada Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının ilk iclası keçirilib
# 15 may 2013 17:01 (UTC +04:00)

Moskva. Fərid Əkbərov-APA. Moskvada Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının ilk iclası keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, iclasda Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyası prosesini tənzimləyən normativ-hüquqi sənədlərin razılaşdırılması ilə bağlı məsələlər müzakirə edilib.

İclasda Azərbaycan tərəfindən komissiyanın həmsədri, xarici işlər nazirinin müavini Xələf Xələfov iştirak edib.

Görüş konstruktiv dialoq və mehriban qonşuluq ruhunda keçib. İclasda birgə demarkasiya komissiyasının növbəti iclasının Azərbaycanda keçirilməsinə qərar verilib.

Qeyd edək ki, 2010-cu il sentyabrın 3-də Bakıda Azərbaycan və Rusiya arasında sərhədlərin dəqiqləşdirilməsini nəzərdə tutan saziş imzalanıb. Sənədə əsasən, sərhəd xətti keçmiş Azərbaycan SSR və Dağıstan MSSR arasında mövcud olan sərhədlə üst-üstə düşür. Rusiya Azərbaycanın dövlət sərhədi haqqında saziş imzaladığı ilk ölkədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR