Bakıda daha bir fəhlə faciəli şəkildə ölüb

Bakıda daha bir fəhlə faciəli şəkildə ölüb
# 13 yanvar 2014 13:46 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda daha bir faciəli hadisə baş verib. Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun F. Yusifov küçəsi-40 ünvanında yerləşən tikilməkdə olan hündür mərtəbəli binada qeydə alınıb. Orada fəhlə işləyən, 47 yaşlı Etibar Hüseynov binanın 5-ci mərtəbəsindən yıxılaraq ölüb.

Faktla bağlı Nərimanov rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, analoji hadisə dünən Bakının Lökbatan qəsəbəsində də baş verib. Yeni inşa olunan 9 mərtəbəli binanın damından, orada fəhlə işləyən Şəki şəhər sakini İlham Qəhrəmanov yıxılaraq ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR