Ağstafada ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var - FOTO

Ağstafada ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var  - FOTO
# 30 aprel 2024 23:33 (UTC +04:00)

Ağstafada ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Köçüəsgər kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-21099" markalı minik maşını ağaca çırpılıb.

Qəza nəticəsində Goranboy rayon sakini 2005-ci il təvəllülü Murad Məmmədov ölüb, 3 nəfər - 2003-cü il təvəllüdlü Sənan Hüseynov, 2004-cü il təvəllüdlü Kamal Mikayılov və 2002-ci il təvəllüdlü Niyaməddin Hüseynov xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR