BMT: Suriyanın kimyəvi silahının məhvi prosesi ləngiyir

BMT: Suriyanın kimyəvi silahının məhvi prosesi ləngiyir
# 16 yanvar 2014 15:09 (UTC +04:00)

Bakı – APA. Suriyanın kimyəvi silahının məhv edilməsi prosesi ləngiyir.

APA – nın BBC-yə istinadən verdiyi məlumata görə, buna səbəb xüsusi təhlükəsizlik tədbirlərinə yaranmış zərurətdir.

BMT-nin kimyəvi silahın qadağan edilməsi Təşkilatının rəhbəri Əhməd Üzümcünün sözlərinə görə, Suriyadakı limanların birinə gətirilən kimyəvi silahın həcmi planlaşdırılandan azdır. Bununla belə, Ə.Uzümcü ümid edib ki, Suriyanın kimyəvi silah ehtiyatı iyun ayının sonunadək tam məhv ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR