Silahlı Qüvvələrə Yardım Fondunun vəsaiti son 6 ayda 6,1 milyon manat artıb

Silahlı Qüvvələrə Yardım Fondunun vəsaiti son 6 ayda 6,1 milyon manat artıb
# 02 iyul 2014 09:16 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna toplanan vəsait may ayında 902 117 manat artıb. Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

İyul ayının 1-i vəziyyətinə Silahlı Qüvvələrə Yardım Fondunun Azərbaycan manatı ilə olan hesabına yığılan vəsait 55 616 001 AZN, ABŞ dolları ilə hesabına yığılan vəsait 211 791 dollar, avro hesabındakı vəsait isə 593 avro təşkil edib. Artım Fondun manat hesabında baş verib. ABŞ dolları və avro hesablarda vəsait dəyişməz qalıb. Rusiya rublu ilə olan hesaba isə vəsait daxil olmayıb.

Cari ilin ilk 6 ayında Silahlı Qüvvələrə Yardım Fondunun vəsaiti 4 861 487 manat və ya 6 197 714,4 ABŞ dolları artaraq 71 127 072,6 dollara çatıb.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR