Ramiz Tahirovun Hərbi Hava Qüvvələri komandanı vəzifəsinə təyinatının detalları məlum olub

Ramiz Tahirovun Hərbi Hava Qüvvələri komandanı vəzifəsinə təyinatının detalları məlum olub
# 28 oktyabr 2013 13:27 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan müdafiə nazirinin yeni müavini və Hərbi Hava Qüvvələri komandanı vəzifəsinə təyinatın detalları məlum olub.

APA-nın məlumatına görə, general-mayor Ramiz Tahirov Hərbi Hava Qüvvələrinin komandanı və müdafiə nazirinin müavini vəzifəsinə təyin olunub. R. Tahirov Müdafiə Nazirliyində vəzifəsinin icrasına başlayıb.

APA-nın apardığı dəqiqləşdirmələr zamanı məlum olub ki, bu günədək general-mayor Altay Mehdiyev HHQ komandanı və müdafiə nazirinin müavini vəzifəsini icra edib. O, HHQ-nin qərargah rəisi vəzifəsində olub və HHQ komandanı rəsmən təyin olunmadığından komandan vəzifəsini icra edib. Yeni komandan təyinatından sonra A. Mehdiyev HHQ-nin qərargah rəisi vəzifəsinə qayıdıb.

Qeyd edək ki, oktyabrın 24-də APA general-mayor Ramiz Tahirovun Hərbi Hava Qüvvələrinin komandanı və müdafiə nazirinin müavini vəzifəsinə təyin olunduğu xəbərini yayıb. Ertəsi gün isə Müdafiə Nazirliyinin mətbuat xidmətindən HHQ komandanı, general-mayor Altay Mehdiyevin dəyişdirilməsi ilə bağlı məlumatların həqiqəti əks etdirmədiyi barədə açıqlama verilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR