® “Səba səxavət günü” baş tutdu

<font color=red>® </font>“Səba səxavət günü” baş tutdu
# 16 aprel 2014 07:30 (UTC +04:00)

Aprelin 15-də 2 minə yaxın marketdə “Səba” müştərilərinə 2 məhsulundan biri pay olan birgə qablaşdırılmış “Səba” məhsulları təqdim edilib. “Səba”-nın “Biri sizlik, biri bizlik” dediyi kampaniyaya üç adda “Səba” məhsulu – dondurulmuş toyuq, dondurulmuş bud dibi və təzə süd çıxarılıb.

Adi günlərdən 2 dəfə artıq məhsul satışa çıxarılsa da, “Səba səxavət günü”ndən faydalana bilməyənlər də olub. Buna baxmayaraq, “Səba” Səhmdar Cəmiyyətinin baş direktoru Zakir Əzimov aksiyanın uğurlu olduğunu deyib: “Biz sevinirik ki, istehlakçılar məhsullarımızı və Səba brendini sevir, belə yüksək qiymətləndirirlər. Gələn aylarda keçiriləcək Səba səxavət günlərinə daha çox məhsul çıxaracağıq və daha çox adam Səba-nın səxavətinə şahid olacaq”.

Qeyd edək ki, “Səba səxavət günü” bundan sonra hər ayın 15-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR