TQDK Naxçıvanda 6-cı sinif dərsliklərinin müzakirəsini aparacaq

TQDK Naxçıvanda 6-cı sinif dərsliklərinin müzakirəsini aparacaq
# 04 dekabr 2013 09:26 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Dekabrın 7-8-də saat 12:00-da Naxçıvan şəhərində yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış 6-cı sinif dərsliklərinin (riyaziyyat və tarix fənləri) müzakirəsi aparılacaq.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, riyaziyyat fənni üzrə elmi-metodiki seminar Naxçıvan şəhəri Çənlibel məhəlləsi, 14 № li tam orta məktəbdə keçiriləcək.


TQDK-nın Naxçıvan Regional Bölməsinin müdiri S.Məmmədov “Dərslik və dərs vəsaitlərinin elmi-metodiki monitorinqi”, A.Batıyeva TQDK-nın şöbə müdiri “TQDK-da görülən işlər”, Riyaziyyat fənni üzrə elmi-metodiki seminarın rəhbəri, BDU-nun dosenti İ.Abdullayev “6-cı siniflər üçün “Riyaziyyat” dərsliyinin monitorinqi”, Riyaziyyat fənni üzrə ekspert, Nərimanov rayonu, 82 № li tam orta məktəbin riyaziyyat müəllimi Ə.Namazov “6-cı siniflər üçün “Riyaziyyat” dərsliyinin tədrisi birinci yarımildə nəzərdə tutulmuş materiallarına dair rəyin təqdimatı” mövzusunda çıxışlar edəcəklər. Daha sonra çıxışlar ətrafında müzakirələr aparılacaq.

Tarix fənni üzrə elmi-metodiki seminar isə dekabrın 8-də saat 12:00-da başlayacaq.


TQDK-nın Naxçıvan Regional Bölməsinin müdiri S.Məmmədov “Dərslik və dərs vəsaitlərinin elmi-metodiki monitorinqi”, TQDK-nın şöbə müdiri A.Batıyeva “TQDK-da görülən işlər”, Tarix fənni üzrə elmi-metodiki seminarın rəhbəri, BDU-nun dosenti K.Məmmədov “6-cı siniflər üçün “Tarix” dərsliyinin monitorinqi” haqqında, Tarix fənni üzrə ekspert, Avropa Azərbaycan Məktəbinin tarix müəllimi H.Cabbarov “6-cı siniflər üçün “Tarix” dərsliyinin tədrisi birinci yarımildə nəzərdə tutulmuş materiallarına dair rəyin təqdimatı” mövzusunda çıxışlar edəcəklər.


Sonda çıxışlar ətrafında müzakirələr aparılacaq. Sonrakı müzakirələr isə Komissiyanın Ağcabədi, Şəki, Gəncə, Göyçay, Şirvan, Quba, Lənkəran regional bölmələri tərəfindən təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR