Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Quba rayonunda “DVB-T2” standartlı çoxproqramlı rəqəmli televiziya paketlərinin kommersiya yayımı həyata keçiriləcək.
Bu barədə “APA-Economics”ə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Teleradio” İstehsalat Birliyindən məlumat verilib.
Azərbaycanda ilk dəfə olaraq, kommersiya yayımının həyata keçirilməsi nəticəsində Quba rayonu və ətraf ərazilərin (Qusar, Xaçmaz, Dəvəçi r-nu və s.) əhalisi Azərbaycan, Rusiya, Türkiyə və digər ölkələrin kiçiklər və böyüklər üçün nəzərdə tutulmuş 70-dən çox müxtəlif televiziya proqramını izləmək şansı əldə edəcəklər.
Qeyd edək ki, istifadəçi sayının artırılması üçün kommersiya yayımının qiyməti əhalinin sosial durumuna nəzərən uyğunlaşdırılacaq.