Ermənistan parlamenti amnistiya aktı qəbul edib

Ermənistan parlamenti amnistiya aktı qəbul edib
# 03 oktyabr 2013 13:05 (UTC +04:00)

Bakı – APA. Ermənistan parlamenti prezident Serj Sarkisyanın təklifini yekdilliklə qəbul edərək amnistiya layihəsinə səs verib.

APA-nın “PanARMENIAN”a istinadən xəbərinə görə, layihənin lehinə 102 deputat səs verib, əleyhinə olan və bitərəf qalan olmayıb.

Amnistiya Ermənistanın müstəqilliyinin 22-ci ili münasibətilə tətbiq olunacaq və 1200-1300 məhbusa, hətta qətl törətmiş şəxslərə də şamil olunacaq. Onlardan 500-ü azadlığa buraxılacaq, qalanlarının cəza müddəti azaldılacaq. Bu, Ermənistanın müstəqilliyi dövründə verilmiş 9-cu amnistiya olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR