Kaspi Təhsil Mərkəzinin illik yekun hesabat tədbiri keçirilib - FOTO - VİDEO

Kaspi Təhsil Mərkəzinin illik yekun hesabat tədbiri keçirilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 21 sentyabr 2013 09:51 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Kaspi Təhsil Mərkəzinin ənənəvi illik yekun hesabat tədbiri keçirilib. APA-nın xəbərinə görə, tədbirin keçirilməsində məqsəd 2012-2013-cü tədris ilində Kaspi Təhsil Mərkəzinin fəaliyyətinin nəticələrini geniş ictimaiyyətə çatdırmaq və növbəti tədris ilində qarşıya qoyulmuş vəzifələr və planlarla ictimaiyyəti tanış etməkdir.

Mərkəzin təsisçisi Sona Vəliyeva çıxışında təşkilatın ötən tədris ilində həyata keçirdiyi islahatlar və əldə edilən uğurlar barədə ətraflı məlumat verib. S. Vəliyeva deyib ki, Kaspi Təhsil Mərkəzinin müxtəlif bölmələrində təhsil alan tələbələr ölkə təhsilində müəyyən nailiyyətlər qazanıblar: “Kaspi Qlobal” bölməsində təhsil alan 350-yə qədər tələbə bu gün dünyanın müxtəlif ölkələrində təhsil alır. Bu il imtahan verərək uğur qazanmış 80 tələbə xaricdə təhsil almağa göndəriləcək. Mərkəzin magistratura bölməsində təhsil alan yüzlərlə tələbə ölkənin müxtəlif ali məktəblərinin magistratura pilləsinə qəbul olub. “Kaspi abituriyent” bölməsi də mərkəzin ən gərgin və məsuliyyətli bölmələrindən biridir. Bu günə kimi “Kaspi abituriyent” ölkənin müxtəlif ali məktəblərinə 550-yə qədər məzun verib. Bu il daha iki Kaspi tələbəsi TQDK-nın qəbul imtahanlarında yüksək bal yığaraq prezident təqaüdünə layiq görülüb. Təhsilin əsası isə məktəbəqədər hazırlıqdan başlayır. Bu il ölkədə 1-ci sinfə qəbul olanların 500-ə qədəri “Kaspi Kids” bölməsində hazırlıq keçmiş uşaqlardır”.

“Kaspi” Təhsil Mərkəzinin direktoru Elnur Əliyev də təşkilatın fəaliyyəti və gələcək planları barədə ətraflı danışıb.

Tədbirdə builki qəbul imtahanlarında yüksək nəticə göstərən Kaspi tələbələrinə hədiyyələr təqdim edilib. Bundan əlavə, tədbirdə Kaspi Təhsil Mərkəzinin yeni “Elektron Təhsil” layihəsi təqdim olunub. Kaspi Elektron Təhsil Sistemi Azərbaycanda bu qəbildən tamamilə fərqli bir sistem və imkanlar təqdim edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR