Snouden siyasi sığınacaq üçün Venesuelaya müraciət edib

Snouden siyasi sığınacaq üçün Venesuelaya müraciət edib
# 09 iyul 2013 01:51 (UTC +04:00)

Bakı-APA. Venesuela prezidenti Nikolas Maduro Edvard Snoudenin sığınacaqdan ötrü onun ölkəsinə müraciət etdiyi barədə məlumat verib.

«Biz artıq sığınacaq barədə müraciəti almışıq….İndi o özü nə vaxt bura uçacağına qərar verməlidir», deyə prezident bildirib.

Xatırladaq ki, Nikolas Maduro əgər Edvard Snouden müraciət edərsə, Venesuelanın ona sığınacaq verəcəyini bəyan etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR