Rusiyada Azərbaycan vətəndaşının 2,5 milyon dollar pulu oğurlanıb - VİDEO

Rusiyada Azərbaycan vətəndaşının 2,5 milyon dollar pulu oğurlanıb - <span style="color: red;">VİDEO
# 26 sentyabr 2013 12:35 (UTC +04:00)

Bakı - APA. Rusiyanın Sankt-Peterburq şəhərində 4 naməlum şəxs Azərbaycan vətəndaşının 2,5 milyon dollar pulunu oğurlayıb. APA-nın xəbərinə görə, bunu “RİA Novosti”yə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat mərkəzindəki mənbə deyib.

Mənbə bildirib ki, sentyabrın 25-də 1985-ci il təvəllüdlü Azərbaycan vətəndaşı polisə müraciət edərək hadisə barədə məlumat verib: “O, sentyabrın 11-də saat 17.00-da “Pulkovo-2” hava limanından çıxarkən 4 maskalı şəxsin fiziki zor tətbiq edərək onu avtomobilə əyləşdirdiklərini, içində 2,5 milyon dollar olan çantasını və şəxsi sənədlərini əlindən aldıqlarını, Puşkin rayonunun Şuşarı qəsəbəsinə apararaq orada avtomobildən düşürdüklərini və qaçdıqlarını bildirib”.

Hələlik polis cinayət işi qaldırmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR