VHP-də Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb - FOTO

VHP-də Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb - <span style="color: red;">FOTO
# 19 may 2014 09:01 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin növbəti sessiyası keçirilib.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfransın gündəliyinə ictimai-siyasi məsələlərin və qarşıdan gələn bələdiyyə seçkilərinin müzakirəsi, Siyasi Şura və Ali Məclisə yeni üzvlərin seçilməsi, partiyanın növbəti qurultayının keçirilməsi və cari məsələlər daxil edilib.

İctimai-siyasi məsələlər və seçkilərlə bağlı VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı məruzə edib.

Bələdiyyə seçkilərində iştiraka qərar verən Ali Məclis rayon təşkilat sədrlərinin iştirakı ilə müzakirələr aparıb.

Daha sonra VHP Siyasi Şurasına rejissor Rövşən Almuradlı və VHP Qadınlar Şurasının sədri Aygün Qurbanlı üzv seçilib, Ali Məclisə isə yeni 7 üzv qəbul edilib.

Təşkilatı məsələlərlə bağlı Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədlinin çıxışından sonra VHP-nin növbəti qurultayının keçirilməsinə qərar verilib və 25 nəfərdən ibarət Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR