Milli Məclisdə imkansız şəxslərin müalicəsi üçün Sağlamlıq Fondunun yaradılması təklif edilib

Milli Məclisdə imkansız şəxslərin müalicəsi üçün Sağlamlıq Fondunun yaradılması təklif edilib
# 30 may 2014 09:34 (UTC +04:00)

APA-nın verdiyi məlumata görə, millət vəkili İqbal Ağazadə Tofiq Yaqublu, İlqar Məmmədov, Qurban Məmmədov, Əvəz Zeynallın və NİDA-çı gənclərin azadlığa buraxılmasını istəyib: “Ya əfv, ya da amnistiya yolu ilə məhkəmə prosesi başa çatmış bu şəxslərin azadlığa buraxılması yaxşı olardı”.


Millət vəkili İlyas İsmayılov sərhədyanı bölgələrin sakinlərinin vergi və rüsumlardan azad edilməsini təklif edib.


Millət vəkili Fazil Mustafa bir çox insanların millət vəkillərindən müalicə üçün yardım istədiklərini söyləyib: “Ancaq bu çıxış yolu deyil. Səhiyyə sistemində ciddi islahatlara ehtiyac var. Müstəqillik dövründə səhiyyə sistemində fədakarlıqla çalışan bir rəhbərə rast gəlinmədi. Səhiyyə işçiləri şənbə, bazar günləri işləyir, ancaq onlara ikiqat maaş verilmir”.


F.Mustafa imkansız şəxslərin müalicəsi üçün ən azı Sağlamlıq Fondunun yaradılmasını təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR