Ucarda yol qəzası baş verib, yaralananlar var

Ucarda yol qəzası baş verib, yaralananlar var
# 09 sentyabr 2013 20:43 (UTC +04:00)

Ucar. Zahid Abışov – APA. Ucarda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Ucar rayon polis şöbəsindən APA – nın yerli bürosuna verilən məlumata görə, hadisə bu gün axşam saat 21:00 radələrində rayonun Qazyan – Boyat yolunda qeydə alınıb. Ucar rayonu Boyat kənd sakini, 1977 – ci il təvəllüdlü Məznunov Əli Səttar oğlu idarə etdiyi BMW markalı maşınla hərəkətdə olarkən, qəflətən idarə etməni itirib və yoldan çıxaraq aşıb.

Nəticədə sürücü və onun həmyerlisi olan sərnişin, 1984 – cü il təvəllüdlü Hümmətov Həsən Mahəddin oğlu ağır bədən xəsarətləri alıb. Onlar Ucar Mərkəzi rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan APA–ya verilən məlumata görə, yaralılara ilkin tibbi yardım göstərilsə də, vəziyyətləri ağır olaraq qalır.

Hadisənin baş vermə səbəbləri Ucar rayon polis şöbəsində araşdırılır.

Qeyd edək ki, son iki gündə Ucar rayonunda baş verən yol qəzalarında bir nəfər dünyasını dəyişib, 5 nəfər müxtəlif bədən xəsarətləri alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR