Kəmaləddin Heydərov zəlzələ nəticəsində qəzalı vəziyyətə düşdüyü üçün yenidən tikilən iki məktəb binasının açılışında iştirak edib - FOTOSESSİYA - VİDEO

Kəmaləddin Heydərov zəlzələ nəticəsində qəzalı vəziyyətə düşdüyü üçün yenidən tikilən iki məktəb binasının açılışında iştirak edib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 29 may 2014 14:32 (UTC +04:00)

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, K. Heydərov Zaqatalada 2 il əvvəl baş verən zəlzələ nəticəsində qəzalı vəziyyətə düşdüyü üçün sökülərək yenidən tikilən iki məktəb binasının açılışında iştirak edib.

3 saylı Aşağı Tala kənd orta məktəbi 750, 4 saylı Yuxarı Tala kənd orta məktəbi isə 400 şagird yerlikdir.

K. Heydərov Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Balakən rayon yanğından mühafizə hissəsinin yeni inzibati binasının açılışına da qatılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR