Hicran Hüseynova Ümumdünya Qadın Sammitində iştirak edir

Hicran Hüseynova Ümumdünya Qadın Sammitində iştirak edir
# 06 iyun 2014 09:21 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova Parisdə keçirilən Ümumdünya Qadın Sammitində iştirak edir. Komitənin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 5-7 iyun tarixlərini əhatə edən Ümumdünya Qadın Sammiti qadınların iqtisadi inkişaf sahəsində mövcud olan praktik strategiyaları və ən yaxşı təcrübəni araşdırmaq məqsədilə keçirilən biznes və hökümət liderlərinin beynəlxalq formudur.

Sammit zamanı H. Hüseynova Azərbaycanda qadın sahibkarlğının genişləndirilməsi və bu sahədə əldə etdiyi nailliyyətlər mövzusunda çıxış edib. Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf üzrə Dövlət Proqramı və Sahibkarlığa Kömək Milli Fondunun qadın sahibkarlara ayırdığı maliyyə kreditləri, eləcə Mərkəzi Asiya Ölkələrinin iqtisadiyyatı üzrə Xüsusi Proqram (SPECA) çərçivəsində qadın sahibkarlığının inkişafı üzrə keçirlən beynəlxalq konfransların verdiyi müsbət nəticələr barədə statistik məlumatlar qonaqların diqqətinə çatdırılıb.

Komitə sədri toplantıda iştirak edən digər ölkə rəsmiləri ilə ikitərəfli görüşlər keçirib və gələcək əməkdaşlıq üçün fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR