Çaylarda çirklənmə vəziyyətini öyrənmək məqsədilə aparılan monitorinqin nəticələri açıqlanıb

Çaylarda çirklənmə vəziyyətini öyrənmək məqsədilə aparılan monitorinqin nəticələri açıqlanıb
# 12 iyun 2013 13:26 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə iyun ayının I ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib. ETSN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iyun ayının I ongünlüyündə Kür çayında suyun sərfi may ayının III ongünlüyünə nisbətən 76 m3/san azalaraq 206 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib. Belə ki, Şıxlı-2 məntəqəsində və Ağstafaçay su anbarında fenollar 3, mis birləşmələri 2, Ağstafaçayda isə fenollar 3, mis birləşmələri 4 dəfə YVQH-ni keçib.

İyun ayının I ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadizdə fenollar 4, mis birləşmələri 3, I Şahsevəndə fenollar 3, mis birləşmələri 4, Bəhramtəpədə isə suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 2 dəfə YVQH-ni keçib. Suyun oksigen rejimi bütün məntəqələrdə 6.0-6.21 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR