Nazir müavini: “Gömrük xidmətində informasiya texnologiyalarının tətbiqi Azərbaycanda “Elektron Hökumət”in formalaşdırılması üçün qabaqcıl təcrübə olub”

Nazir müavini: “Gömrük xidmətində informasiya texnologiyalarının tətbiqi Azərbaycanda “Elektron Hökumət”in formalaşdırılması üçün qabaqcıl təcrübə olub”
# 06 may 2013 09:03 (UTC +04:00)

Qəbələ. Əli Əhmədov - APA-Economics. Gömrük xidmətində informasiya texnologiyalarının tətbiqi ilə bağlı görülən işlər Azərbaycanda “Elektron Hökumət”in formalaşdırılması üçün qabaqcıl təcrübə olub.

APA-Economics”in xəbərinə görə, bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bu gün Qəbələdə Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə keçirilən gömrük işində informasiya və kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı «E-hökumət: Gömrük sahəsində innovasiyalar» mövzusunda V beynəlxalq elmi-praktik konfransda çıxışında bildirib.

Nazir müavini deyib ki, Azərbaycanda gömrük sahəsində görülən işlər ölkədə “E-hökumət” layihələrinin ən qabaqcıllarından biridir: «Qeyd edə bilərik ki, hətta gömrük sahəsində bu sahədə görülən işlərə təqribən 1999-cu ildə başlanaraq müəyyən qədər “Elektron Hökumət2in formalaşdırılması üçün ən qabaqcıl və mütərəqqi təcrübə olub. Bu işlər bu gün də davam edir və gözləyirik ki, bu sahədə qazanılan nailiyyətlər bugünkü konfransda da müzakirə ediləcək».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR