Şirvanda piyadanın ölümünə səbəb olan sürücü hadisə yerindən qaçıb - VİDEO

Şirvanda piyadanın ölümünə səbəb olan sürücü hadisə yerindən qaçıb - <span style="color: red;">VİDEO
# 12 noyabr 2013 15:41 (UTC +04:00)

Şirvan şəhər Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, Şirvan sakini Zərbəliyev Zaur Zakir oğlu idarə etdiyi “KİA” markalı avtomobilin idarəetməsini itirərək yol kənarındakı dayanacağa çırpıb.

Zərbənin təsirindən dayanacaq bütövlükdə yerindən qoparaq kənara düşüb. Həmin vaxt dayanacaqda avtobus gözləyən 50 yaşlı Salyan rayonu Yolüstü kənd sakini Dadaşova Fəridə Xudamədət qızı ağır bədən xəsarətləri alıb.

Yaralı bir müddət hadisə yerində qalıb. Sonradan əraziyə gələn Təcili tibbi yardım əməkdaşları qadını xəstəxanaya aparsalar da, həkimlər onu xilas edə bilməyiblər.

Hadisənin baş verməsinə səbəb olan sürücü hadisə yerindən qaçıb. Lakin Z.Zərbəliyev sonradan Şirvan polisi tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Şirvan şəhər Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR