Zaqatalada avtomobil qaz borusuna, sonra isə divara çırpılıb, sürücü ölüb - VİDEO

Zaqatalada avtomobil qaz borusuna, sonra isə divara çırpılıb, sürücü ölüb - <span style="color: red;">VİDEO
# 15 noyabr 2013 07:04 (UTC +04:00)

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, ölümlə nəticələnən yol qəzası rayonun Muxax kəndi ərazisində baş verib.

Zaqatala rayonu Muxax kənd sakini, 1988-ci il təvəllüdlü Atayev İslam İsa oğlu idarə etdiyi “VAZ 21112” markalı, 90 LE 082 dövlət nömrə nişanlı avtomobil kəndin mərkəzi küçəsində hərəkətdə olarkən idarəetmədən çıxaraq əvvəlcə qaz borusuna, sonra isə divara çırpılıb.

Qəza nəticədə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan İ. Atayev təcili yardım maşını ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıb.

Lakin həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. İ. Atayev dünyasını dəyişib.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR