Prezident İlham Əliyev Saatlı Olimpiya İdman Kompleksinin açılışında iştirak edib - FOTO

Prezident İlham Əliyev Saatlı Olimpiya İdman Kompleksinin açılışında iştirak edib - <span style="color: red;">FOTO
# 29 avqust 2013 20:58 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev avqustun 29-da Saatlı Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. APA-nın verdiyi xəbərə görə, dövlət başçısına bildirilib ki, Saatlı Olimpiya İdman Kompleksinin inşasına 2011-ci ilin dekabrında başlanılıb. Kompleksin tikintisi məqsədi ilə Prezidentin ehtiyat fondundan ilkin olaraq 1 milyon manat, ötən il işlərin davam etdirilməsi üçün Nazirlər Kabinetinin sərəncamı ilə 2 milyon, 2013-cü ildə isə investisiya proqramına uyğun olaraq daha 5 milyon manat ayrılıb.

Dövlət başçısı kompleksin üzgüçülük zalı ilə tanış olub. Kompleksin ərazisində ikimərtəbəli beş kottec inşa edilib. Hər kottec dörd nömrədən ibarətdir.

Qeyd olunub ki, kompleksin tikintisi üçün 6 hektar torpaq sahəsi ayrılıb, layihə-smeta sənədləri “Sosial İnkişaf Layihə” MMC tərəfindən hazırlanıb. Layihəyə əsasən ümumi sahəsi 3340 kvadratmetr olan universal idman zalında 432 oturacaq var. Eyni zamanda, 400 tamaşaçı yarışları lojalardan izləyə biləcək. İnzibati hissənin birinci mərtəbəsində geniş vestibül, informasiya mərkəzi, məlumat-qeydiyyat hissəsi, istirahət otağı yerləşir. İkinci mərtəbədə trenajor zalı, kafe, müdiriyyət və işçi otaqları, konfrans zalı və güləş zalı var. Bu ilin sonunadək 900 yerlik açıq stadion, tennis kortu, basketbol meydançasının tikintisi yekunlaşacaq.

Olimpiya İdman Kompleksinin açılışından sonra prezident İlham Əliyev Saatlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR