Özünü 3-cü mərtəbədən yerə ataraq xəsarət alan 26 yaşlı Gəncə şəhər sakinin atası intihara cəhd edib - FOTO - VİDEO

Özünü 3-cü mərtəbədən yerə ataraq xəsarət alan 26 yaşlı Gəncə şəhər sakinin  atası intihara cəhd edib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 17 yanvar 2014 18:39 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə şəhərin Ruzigar Qasımov küçəsində saat 20:00 radələrində baş verib. Şəhər sakini, 1963-cü il təvəllüdlü Hüseynov Ayaz 40 metr hündürlükdə olan yüksəkgərginlikli elektrik dirəyinə çıxaraq oradan özünü yerə atmaq istəyib.

Hadisə yerinə FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri, Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları, Kəpəz rayon Polis İdarəsinin işçiləri cəlb edilib. A. Hüseynovla təxminən 30 dəqiqə aparılan psixoloji danışıqlar nəticəsində onu fikrindən daşındırmaq mümkün olub və o yerə düşüb. Kəpəz rayon Polis İdarəsindən verilən məlumata görə A. Hüseynov sərxoş olub və bundan əvvəldə bir neçə dəfə sərxoş vəziyyətdə elektrik dirəklərinə çıxıbmış.

Qeyd edək ki, Ayaz Hüseynovun oğlu 26 yaşlı Rüstəm Hüseynovda bu il yanvarın 1-də özünü yaşadığı binanın 3-cü mərtəbəsindən yerə ataraq xəsarət almışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR