Braziliyada müəllimlərin etiraz aksiyaları polislə toqquşmalara səbəb olub

Braziliyada müəllimlərin etiraz aksiyaları polislə toqquşmalara səbəb olub
# 08 oktyabr 2013 04:32 (UTC +04:00)

Bakı-APA. Braziliyada müəllimlərin etiraz aksiyaları polislə toqquşmalara səbəb olub. APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, Rio-de-Janeyronun mərkəzində keçirilən aksiyaya 10 mindən çox adam çıxıb.

Axşam saatlarında daha da aqressivləşən nümayişçilər binalara yanacaqla dolu şüşələr atmağa başlayıb. Buna cavab olaraq polis gözyaşardıcı qazdan istifadə edib.

San-Paulu şəhərində keçirilən aksiya da polislə toqquşmalara səbəb olub. İki həftədən çox işləməyən bankların əksəriyyəti nümayişçilərin hücumuna məruz qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR