Əmək və əhalinin sosial müdafiəsi naziri bir qrup vətəndaşı qəbul edib - VİDEO

Əmək və əhalinin sosial müdafiəsi naziri bir qrup vətəndaşı qəbul edib - <span style="color: red;">VİDEO
# 04 oktyabr 2013 08:58 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov Yasamal, Nərimanov, Binəqədi, Nəsimi, Suraxanı, Sabunçu, Xətai, Xaçmaz, Ağcabədi, Ağdaş, İmişli və Qobustan rayonları üzrə bir qrup vətəndaşı qəbul edib.

APA-nın məlumatına görə, qəbulda onların müraciətləri özlərinin iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılıb. Müraciətlərin araşdırılmasında vətəndaş cəmiyyətlərinin nümayəndələri də iştirak edib.

Vətəndaşların müraciətləri araşdırılarkən ünvanlı sosial yardımların təyinatı, əlillik dərəcələrinin verilməsi və reabilitasiya vasitələri ilə təmin olunması, əmək hüquqlarının bərpası, məşğulluğun təminatı və s. məsələlərlə bağlı qanunvericilik barədə ayrı-ayrı vətəndaşların məlumatsız olduqları müəyyən edilib və onlara hüquqi izahatlar verilib. Həmçinin ayrı-ayrı vətəndaşlar zəruri sənədləri toplayaraq təqdim edə bilmədiklərinə görə onlara ünvanlı yardım, yaxud əlillik təyinatının aparılmasının mümkün olmadığı, bu səbəbdən onların şikayət xarakterli müraciətlər etdiyi məlum olub.

Bununla yanaşı, müraciətlərin bir qismində əksini tapan narazılıqların əsaslı olduğu, yerli strukturların bəzi əməkdaşları tərəfindən bir sıra hallarda vətəndaş müraciətlərinə biganə və səhlənkar münasibət göstərildiyi, belə halların eyni zamanda bəzən vətəndaşa lazımı şəkildə izahat verilməməsinin vətəndaşların müxtəlif instansiyalara şikayət xarakterli müraciətlər etməsinə şərait yaratdığı müəyyən edilib.

Nazir Füzuli Ələkbərov vətəndaşların haqlı narazılığına səbəb olan halların aradan qaldırılması, belə hallara yol vermiş əməkdaşlar barədə intizam tədbirlərinin davam etdirilməsi, hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və müraciətlərdə qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli, özündən asılı olmayan səbəblərdən yoxsulluq vəziyyətində yaşayan və dövlətin yardımına həqiqətən ehtiyacı olan, lakin bunun üçün zəruri sənədləri toplamaqda çətinlik çəkən vətəndaşlara bu sahədə mümkün köməkliklərin göstərilməsi və s. barədə müvafiq strukturlara tapşırıqlar verib.

Nazirliyin aparat rəhbəri Elnur Kələntərov jurnalistlərə açıqlamasında bildirib ki, ümumilikdə bu il ərzində Bakıda və müxtəlif bölgələrdə 18 dəfə vətəndaş qəbulu olub və 800 nəfərə yaxın vətəndaşın qəbulu həyata keçirilib. Onun sözlərinə görə, nazirin bugünkü qəbulu qrafikdən kənardır və bir qrup vətəndaş qəbul edilərək onlara maşın, əlil arabası və mənzil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR