Bakı Ali Neft Məktəbində tələbələr arasında şahmat yarışı keçirilib - FOTO

Bakı Ali Neft Məktəbində tələbələr arasında şahmat yarışı keçirilib - <span style="color: red;">FOTO
# 02 dekabr 2013 09:15 (UTC +04:00)

Bakı – APA. Bakı Ali Neft Məktəbinin (BANM) yaradılmasının ikinci ildönümü ilə əlaqədar BANM-in və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə ali məktəbdə tələbələr arasında şahmat turniri keçirilib.

Məktəbdən APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən rektor Elmar Qasımov BANM-in qısa zaman ərzində tədris ocağında həyata keçirilən işlər haqqında ətraflı məlumat verib.

Şahmatın məntiq tələb edən intellektual oyun olduğunu bildirən E. Qasımov Azərbaycanda bu oyun növünə hər zaman yüksək marağın olduğunu, ölkənin şahmat üzrə dünyanın 20 ən güclü dövləti sırasında olduğunu qeyd edib.

3 saat davam edən yarışda BANM tələbələri Rza Rəhimov I, İbrahim Şərifov II, Elton Sadıqov III yeri qazanıblar.

Qaliblər BANM-in rəhbərliyi tərəfindən müxtəlif hədiyyələrlə təltif olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR