Kiyevdə üç nəfəri yaralayan “Sağ sektor” qruplaşmasının üzvü saxlanılıb

Kiyevdə üç nəfəri yaralayan “Sağ sektor” qruplaşmasının üzvü saxlanılıb
# 01 aprel 2014 00:32 (UTC +04:00)

APA-nın “RBK-Ukrayna”-ya istinadən verdiyi məlumata görə, bunu Ukraynanın daxili işlər naziri Arsen Avakov bəyan edib.

“Atəş açan şəxs Kozyubçik Andrey saxlanılıb və dindirilir. “Sağ sektor"un qərargahının yerləşdiyi “Dnepr” mehmanxanası mühasirəyə alınıb. Müvafiq təhlükəsizlik tədbirləri görülməkdədir. Mehmanxanada olan “Sağ sektor” üzvlərinə silahlarını təhvil vermək təklif edilib”, - Avakov bildirib.

Xatırladaq ki, martın 31-də, axşam saatlarında Kiyevin mərkəzində silahlı insident baş verib. “Maydan”ın yaxınlığında “Sağ sektor” qruplaşmasının fəalı atəş açaraq, Kiyev şəhər administrasiyası başçısının müavini daxil olmaqla, üç nəfəri yaralayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR