Bukmeykerlər “Avroviziya”da Azərbaycan təmsilçilərinin qalib gələcəyinə inanmır

Bukmeykerlər “Avroviziya”da Azərbaycan təmsilçilərinin qalib gələcəyinə inanmır
# 06 may 2024 11:06 (UTC +04:00)

“Avroviziya – 2024” mahnı müsabiqəsi üçün bukmeykerlərin ehtimalı dərc olunub.

APA müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, onların qənaətinə görə, xorvat təmsilçi Baby Lasagnanın "Rim Tim Tagi Dim" mahnısı qalibiyyət üçün ən real namizəddir (25 %).

Müvafiq olaraq, növbəti yerlərdə İsveçrə (17 %), Ukrayna (14 %), İtaliya (12 %) və Hollandiya (5 %) qərarlaşıb.

Azərbaycan təmsilçiləri Fahree və İlkin cütlüyünün "Özünlə apar" mahnısının qalibiyyət şansı 1 faizdən aşağı qiymətləndirilir.

Məlumat üçün qeyd edək ki, müsabiqənin birinci və ikinci yarımfinalları mayın 7-si və 9-da baş tutacaq. Azərbaycan birinci yarımfinal mərhələsində yarışacaq. Ölkəmizin burada rəqibləri Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq, Avstraliya, Moldovadır.

Müsabiqənin final mərhələsi isə mayın 11-də keçiriləcək.

Xatırladaq ki, ötən ilin qalibi isveçli Loreen olub. O, qalibiyyəti “Tattoo” mahnısı ilə əldə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR