«Turanbank» kredit dərəcələrini dəyişib

«Turanbank» kredit dərəcələrini dəyişib
# 25 noyabr 2013 10:23 (UTC +04:00)

Bakı. Nail Hüseynli – APA-Economics. Azərbaycanın «Turanbank» ASC müştərilərinin gündəlik ehtiyaclarını qarşılamaq məqsədilə özünün «Kiçik həcmli istehlak», «Müəllim», «Səhiyyə», «Hərbçi» və «Təqaüdçü» kreditlərinin illik faiz dərəcələrini endirib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, sadalanan kreditlərin illik dərəcələri 9% azaldılıb. Bankın müştəriləri kredit məhsullarını illik 20%-dən başlamaqla zaminsiz və arayışsız bankın istənilən filialında əldə edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR