Müsavatla Bakı Şəhər İcra Hakimiyyətinin məhkəməsi təxirə salınıb

Müsavatla Bakı Şəhər İcra Hakimiyyətinin məhkəməsi təxirə salınıb
# 29 aprel 2014 10:37 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) qarşı qaldırdığı iddia üzrə keçiriləcək məhkəmə prosesi təxirə salınıb.

Bu barədə APA-ya məlumat verən Müsavat başqanının müavini Gülağa Aslanlı bildirib ki, hazırlıq iclası bu günə təyin olunsa da, BŞİH nümayəndəsi məhkəməyə gəlmədiyi üçün proses təxirə salınaraq, mayın 12-nə təyin olunub.

Xatırladaq ki, Müsavat Partiyası qurultay keçirmək məqsədilə yer ayrılması üçün müraciəti cavabsız qaldığını əsas gətirərək, Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR