Cozep Borrell Gürcüstan hakimiyyətinə çağırış edib

Cozep Borrell Gürcüstan hakimiyyətinə çağırış edib
# 01 may 2024 12:41 (UTC +04:00)

Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Gürcüstanda etirazçılara qarşı zorakılığı pisləyib.

APA xəbər verir ki, Borrell bu barədə "X" hesabında paylaşım edib.

"Mən Gürcüstanda "Xarici təsir" haqqında qanuna qarşı dinc nümayiş keçirən etirazçılara qarşı zorakılığı qətiyyətlə pisləyirəm. Gürcüstan Aİ-yə namizəd ölkədir, mən onun hakimiyyətini dinc toplaşmaq hüququnu təmin etməyə çağırıram. Onu yatırmaq üçün gücdən istifadə yolverilməzdir”, Borrell bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR