Gürcüstanın baş naziri Müqəddəs Ramazan ayının başlanması ilə bağlı müsəlmanları təbrik edib

Gürcüstanın baş naziri Müqəddəs Ramazan ayının başlanması ilə bağlı müsəlmanları təbrik edib
# 28 iyun 2014 17:13 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstanın baş naziri İrakli Qaribaşvili ölkədə yaşayan bütün müsəlmanları müqəddəs Ramazan ayının başlanması münasibətilə təbrik edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə baş nazirin köməkçisi Savalan Mirzəyev məlumat verib. “Baş nazir rəsmi şəkildə Gürcüstanda yaşayan bütün müsəlmanlara müraciət edib və onlara Ramazan ayının başlanması münasibəti ilə səmimi qəlbdən təbrik ünvanlayıb: “Gürcüstanda yaşayan bütün müsəlmanları Müəqddəs Ramazan ayının başlanması münasibətilə səmimi qəlbdən təbrik edirəm. Ramazan ayı hər bir müsəlman ailəsi üçün çox müqəddəsdir və bu müqəddəs ayda hər bir ailəyə sülh, əmin-amanlıq, sağlamlıq, xoşbəxtlik və xoş günlər arzulayıram. Biz bir ölkənin oğullarıyıq və mən inanıram ki, hər biriniz gücünüzü ölkəmizin quruculuğunun inkişafına və irəli getməsinə yönəldəcəksiniz. Biz hamımız bütöv və güclü, eyni zamanda çiçəklənən Gürcüstanda yaşayırıq”, deyə baş nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR