Baş katib: Sülh dialoqları davamlı xarakter almalıdır

Baş katib: Sülh dialoqları davamlı xarakter almalıdır
# 01 may 2024 18:25 (UTC +04:00)

Biz hal-hazırda sülh və tolerantlıq paytaxtında toplaşmışıq.

APA xəbər verir ki, bunu Dünya Müsəlmanları İcması Şurasının baş katibi Mohamed Bexari VI Mədəniyyətlərarası Dialoq Forumunda “Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq” adlı plenar sessiyada çıxışı zamanı deyib.

“Bilirsiniz sülh çağırışları, onunla bağlı söhbətlər mövsümü söhbətlər olmalı deyil. Bu cür dialoqlar davamlı xarakter almalıdır”, - o əlavə edib.

Baş katib onu da vurğulayıb ki, ən çox mülahizələrin irəli sürüldüyü din İslam dinidir:

“Azərbaycan hökuməti özünün tolerant xalqı ilə belə bir konfransda qapı açıb, ev sahibliyi edir. Mən bunu təqdir edirəm”.

Baş katib deyib ki, sülh və əmin-amanlıq istəyiriksə, ölkə daxilində sabitlik olmalıdır.

"Bəzi ölkələr bu gün müharibə, münaqişələrdən iflic vəziyyətə düşüb. Biz dinlərin xüsusiyyətlərini qəbul etməliyik. Bu gün Avropada, Rusiyada çox sayda müsəlman yaşayır. Eyni zamanda, Avropaya köç etmiş miqrantların da sayı az deyil", - deyə o çıxışı zamanı qeyd edib.

O deyib ki, dinlər indiyəcən necə mövcud olubsa, bundan sonra da mövcud olacaq:

"Dindarların hissləri ilə oynamaq olmaz. Bəzi lobbiçiliklə məşğul olan, dinin davamçılarına təzyiq göstərənlər də var. Onlar heç bir elmi əsaslanma olmadan insanların həyatlarını hansısa maraqlara qurban verməli olduqlarını təbliğ edirlər. Lakin insan öz həyatını bu və ya digər marağa görə qurban verməməlidir".

Nihat Pir

Aləmdə Nəsib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR